Lexus şirkətinin Çin bazarında dəbdəbəli LM minivenini satdığı barədə məlumat vermişik. Yapon markası dəbdəbəli minivenlərin çinli iş adamları arasında populyarlığını nəzərə almaya bilməzdi. Lexus dizaynerləri məsələnin həll yolunun Toyota şirkətinin təklif etdiyi Alphard modelini Lexus LM miniveninə çevirməkdə görüblər.
Lexus LM modeli “donorundan” iri firma radiator barmaqlığı, yeni nəsil ES və LS modellərinin üslubunda dizayna malik olan ön fənərləri, xromla örtülmüş yeni təkər diskləri və dəyişdirilmiş arxa hissə ilə fərqlənir.
Alphard ilə yanaşı, Toyota şirkətinin model xəttində bu yaxınlarda yenilənən Sienna miniveni də mövcuddur. İşdir, yaponlar fikirlərini dəyişib ABŞ bazarı üçün miniven hazırlamalı olsalar, eyni resept ilə Sienna minivenini də Lexus'a çevirə bilərlər. Qeyd etmək lazımdır ki, LM modelinə nisbətən renderdəki miniven daha cəlbedici görünür.
Mənbə:sugardesign_1