Tutumlu salona malik olan minivenlər yavaş-yavaş krossoverlər tərəfindən effektiv şəkildə bazardan çıxardılır. Məsələn, Toyota Sienna ən yaxşı illərində ABŞ-da ildə 160 min nesxəlik tirajla satıllrdı, 2020-ci ili isə, yapon miniveri 43 minlik satış rəqəmi ilə başa vurub.
Miniven istehsalçıları çıxış yolunu "krossover" fəndlərini tətbi etməkdə görürlər. Misal üçün, yeni nəsil Kia Carnival miniveni krossven kimi mövqeləndirilir. Toyota da Sienna miniveninin Woodland Adventure Special Edition adlı “kross” versiyasını hazırlayıb.
Xoşbəxtlikdən, istehsalçı minivenin kandar və təkər tağlarında qara plastikdən örtmələri quraşdırmayıb. Bunun əvəzinə, minivan daha faydalı göstəriciyə - artırılmış klirensə malik olub. Lakin Toyota şirkəti bu artımın nə qədər olduğunu açılamayıb (baza modeli 160 millimetrlik klirensə malikdir).
Artırılmiş klirenslə yanaşı, Seinna yüksək profilli şinləri olan 18-düymlük təkər disklərinə, damdakı köndələn dayaqlara və yedək qurğusuna sahib olub. Toyota Sienna Woodland Special Edition modeli standart olaraq tam ötürmə sistemi ilə təklif edilir. Əslində, əlavə ödəniş qarşılığında belə ötürməni Sienna modelinin istənilən versiyasında quraşdırmaq olar.
Toyota Sienna modeli yalnız hybrid güc qurğusu ilə təchiz edilir. 2.5-litrlik (192 at qüvvəsi, 239 Nm) beznin mühərriki və elektromotor (182 at qüvvəsi, 270 Nm) ön təkərləri hərəkətə gətirir.Bu cütlüyün umumi hasilatı 248 at qüvvəsidir.
Arxa oxda 54 at qüvvəsi və 121 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılıb. Arxa mühərrik yalnız ehtiyac olduqda birləşdirilir və mühəndislər hibrid sistemin ümumi fırlanma anının 80 faizə qədərinin arxa oxda ola biləcəyini söyləyirlər.
Woodland versiyasının digər xüsusiyyətləri arasında eksteryerin qara dekoru və xüsusi “sement” rəngli kuzov (qara metalik də mövcuddur) var. Salonda ikinci cərgənin fərdi "kapitan" kresloları (baza Sienna üçün bu bir seçimdir) və qara rəngli tərtibat mövcuddur. Piknik zamanı isə, 1200 vatlıq JBL səs sistemi səs sistemi və 1500 vatlıq məişət elektrik çıxışı kara gələcəkdir.
Toyota Sienna Woodland Special Edition minivenlərinin ABŞ bazarındakı satışlarına payızda başlanacaqdır. Minivenin qiymətləri hələlik açıqlanmayıb, lakin Sienna modelinin modelin digər variantlarının qiyməti 34,500 ilə 52,500 dollar arasında dəyişir.