Toyota şirkəti ABŞ bazarında populyar olan Sienna miniveninin dördüncü nəslini təqdim edib. Yeni miniven Toyota Highlander ilə eyni platformanı bölüşür və alternativi olmayan hibrid güc qurğusu ilə təchiz olunur.
Minivendə baş vermiş əsas yenilik hibrid qurğusuna keçiddir. Sienna miniveninin sələfini V6 mühərriki ilə almaq olurdusa, avtomobilin dördüncü nəsli 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış alternativsiz hibrid güc qurğusu ilə təklif edilir. Qurğunun ümumi hasilatı 246 at qüvvəsi təşkil edir. Miniven həm ön, həm də tam ötürmə ilə təklif edilir ki, sonuncu halda arxa oxda ikinci elektrik mühərriki quraşdırılır. Transmissiya - elektromekanik variatordur.
Toyota Sienna Limited
Hibrid Sienna modeli dörd hərəkət rejiminə malikdir: elektrik, qənaətcil (məhdud güclə), standart və idman (tam gücü ilə). İstehsalçı önötürməli minivenin qarışıq rejimdə 100 kilometrə 7,1 litr yanacaq sərf etdiyini bildirirr.
Təchizat səviyyəsindən asılı olaraq, miniven səkkiz və ya yeddi oturacaq ilə təklif edilə bilər. Avadanlıqlar siyahısına 9-düymlük displeyi olan multimedia sistemi, bortkompüterün 7-düymlük ekranı, dördzonalı klimat-kontrol, tozsoran, soyuducu və 12 dinamikli JBL səs sistemi daxildir.
Toyota Sienna XSE
Toyota Sienna modeli nəsil dəyişikliyi ilə birlikdə, dizaynı digərlərindən fərqlənən XSE "idman" versiyasını əldə edib. Belə bir miniven 20-düymlük təkər diskləri və daha aqressiv dizayna malik olan bamperləri ilə seçilir.
ABŞ-da miniven çox populyardır: məsələn, keçən burada il 73,5 mindən çox miniven satılıb, daha 11,8 min avtomobil isə, 2020-ci ilin ilk aylarında satılıb. Minivenin əsas rəqibləri Dodge Grand Caravan, Chrysler Pacifica və Honda Odyssey modelləridir.
Yeni nəsil Toyota Sienna modelinin satış qiymətləri hələlik açıqlanmayıb. Xatırladaq ki, minivenin əvvəlki nəsli ABŞ bazarında 31,6 min dollardan başlayan qiymətlərlə satılırdı. Yeni minivenin sələfindən bir qədər baha olacağı gözlənilir.
Yeni Toyota Sienna modeli bu ilin sonuna qədər Amerikadakı dilerlərə çatdırılacaqdır.