Toyota şirkəti ABŞ-dakı model xəttinə yenidən baxacaqdır: yapon istehsalçısı Kentukki ştatının Corctaun şəhərindəki zavodda istehsal olunan Avalon flaqman sedanını model xəttindən çıxarmağa qərar verib. Avalon modelinin istehsalının dayandırılmasının əsas səbəbi, yerli bazarda flaqman sedanına olan tələbatın azalmasıdır.
Buna görə də, Toyota şirkəti sedanın gələn ilə planlaşdırılan yeniləməsinə sərmayə qoymağın mənasız olduğunu hesab edir. Bununla birlikdə, Avalon bazarını tərk etməsi, yapon istehsalçsının sedanlardan imtina etməsi demək deyil: Toyota bu seqmentə olan inamını itirmədiyini bildirir.
Avalon sedanı artıq 28 ildir ki, istehsal edilir və bu müddət ərzində model beş nəsli dəyişməyə müvəffəq olub. Automotive News nəşrinin bildirdiyinə görə, 2022-ci ilflaqman sedanı üçün son il olacaqdır: flaqman sedanının istehsalına gələn ilin payızına qədər son veriləcəkdir.
Hələlik Avalon sedanı, Camry və Lexus ES modellərinin də yığıldığı Kentukki ştatındakı Toyota zavodunun konveyer xəttindən çıxmağa davam edir.
Beşinci nəsil Toyota Avalon sedanı 2019-cu ildə satışa çıxıb, 2022-ci ildə isə onun yenilənməsi planlaşdırıldı. Sedan, 3.5-litrlik V6 mühərriki, 2.5-litrlik dördsilindrli atmosfer mühərriki və tam ötürmə sistemi, habelə 2.5-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilmiş modifikasiyalarda təklif edilir.
Toyota Avalon modeli yapon markasını böyük sedan sinifində təmsil edir və Amerika bazarında Nissan Maxima, Dodge Charger və Chrysler 300 modelləri ilə rəqabət aparır. 2021-ci ilin birinci yarısında ABŞ-da 10 328 ədəd, 2020-ci ildə isə 18,421 ədəd Avalon modeli satılıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.