Toyota şirkətinin Amerikadakı ofisi yenilənmiş Camry Nightshade Edition modelini təqdim edib. “Qaranlıq” tərtibata malik olan ilk sedan 2018-ci ildə debüt edib və indi onu həm 2,5-litrlik atmosfer mühərriki, həm də onun əsasında yaradılmış hibrid güc qurğusu ilə sifariş etmək olar. Camry Nightshade Edition sedanı TRD radiator barmaqlığı, tündləşdirilmiş işıq texnikası və tutqun bürünc rəngli 19-düymlük təkər diskləri ilə seçilir.

Toyota Camry 20 ildir ki, Amerikanın ən populyar orta ölçülü sedanıdır. Məhz buna görə də o, Nightshade Edition versiyasına sahib olan ilk modellərdən biri olub. 

2018-ci ildə təqdim edilən sedan kuzovun xrom əvəzinə qara tərtibat elementləri, qara təkər diskləri və yan güzgülərin gövdələri ilə öyünə bilərdi. Növbəti 2023-cu model ilinin Camry modeli də belə bir üslub paketinə sahib olacaqdır, özü də bu paket yalnız dördsilindrli mühərrik olan avtomobillər üçün əlçatandır.

Camry Nightshade sedanını üç rəngə boyanmaq olar: qara Midnight Black,  ağ White və yeni göy Rezervoir Blue (o, modelin əsas palitrasına daxildir və yalnız “qaranlıq” sedanların imtiyazı deyil).

“Qaranlıq” seriyadan olan avtomobillər ilk dəfə Camry TRD modelindən götürülmüş Sport Mesh radiator barmaqlığı, qara rəngli arxa spoyler, yan güzgülər və nişanlar, habeləə tündləşdirilmiş optika ilə təchiz edilir. Sedan tutqun bürünc rənginə boyanmış 19-düymlük təkər disklərini də əldə edib.

Qalan hər şey SE versiyaları üçün standartdır. Bunlar - LED fənərlər, ikizonalı klimat-kontrol, oturacaqların süni SofTex dərisindən üzlüyü, yeddi düymlük displeyi olan multimedia sistemi, on təhlükəsizlik yastığı və Toyota Safety Sense 2.5+ elektron köməkçiləri dəstidir. Köməkçilərin arasında avtomatik uzaq işıqlar, piyadaların aşkarlanması ilə avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası var.

Toyota Camry Nightshade sedanının mühərrik çeşidinə səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan Dynamic Force ailəsinin 2,5-litrlik atmosfer mühərriki daxildir. Daxili yanma mühərriki 205 at qüvvəsi və 252 Nm fırlanma anı hasil edir. Ötürmə ön və ya tam ola bilər.

Bundan əlavə, 211 at qüvvəli THS II hibrid sistemi də mövcuddur. O, eyni 2,5-litrlik mühərrikə əsaslanır, lakin “avtomat” əvəzinə variator ilə təchiz edilir. Ən güclü 3,5-litrlik V6 mühərriki “qaranlıq” dekorla uyğunlaşdırılmır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota şirkətindən bildirildiyinə görə, 2020-ci ildə Nightshade Edition tərtibatına malik olan Camry sedanları modelin ümumi satışlarının beş faizini təşkil edib. 2021-ci ildə bu göstərici artıq yeddi faizə çatıb. Yeri gəlmişkən, keçən il ABŞ-da 313 795 Toyota Camry sedanı satılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.