Toyota Crown adı avtomobil sənayesindəki ən qədim adlardan biridir. Belə adlanan ilk model 1955-ci ildə işıq üzü görüb, indi isə Yaponiyada Crown modelinin on beşinci nəsil satılır. Üstəlik, bu avtomobillərin forma faktoru tarix boyu dəyişməyib: bu modellər uzunlamasına yerləşən mühərrikə və "əsas" arxa ötürməyə malik olan klassik minik avtomobilləridir. Əvvəllər Toyota Crown modeli üçün müxtəlif kuzovlar təklif edilirdisə, cari nəsil yalnız sedan kuzovu ilə buraxılır. Ancaq tezliklə hər şey dəyişəcəkdir: Crown krossover olacaqdır!
Təəssüf ki, bu adi Crown modelinin arxa ötürməli platformasına əsaslanan orijinal model deyil. Çin bazarında Toyota Crown Kluger adı altında, Highlander krossoverinin yeni nəslinin başqa bir versiyasını satacaqlar. Yeri gəlmişkən, Highlander modeli bəzi bazarlarda Kluger adı ilə satılır. Məsələn, Avstraliyada.
Krossover köndələn yerləşdirilmiş mühərrik, daimi ön ötürmə və arxa oxda muftası olan tam ötürməs sistemi ilə təklif edilir. Crown Kluger və Highlander modelləri arasındakı ən əhəmiyyətli fərq istehsal yeridir. Yeni krossoveri FAW Toyota JV, orijinal Highlander modelini isə GAC Toyota tərəfindən istehsal ediləcəkdir.
Avtomobillərin eyni görünməməsi üçün, Crown Kluger modeli Amerikada satılan və idman paketi olan Highlander XSE krossoverinə əsaslanır: standart Highlander modelindən fərqli olaraq, XSE modifikasiyası ön hissənin başqa dizaynına və daha aqressiv kuzov dəstinə malikdir. Üstəlik Crown Kluger krossoveri, bütün Crown modelləri üçün ənənəvi olan tac formasında emblem ilə öyünə bilər.
Çində təklif edilən Highlander və Crown Kluger modelləri texniki cəhətdən tamamilə eyni olacaqdırlar. Hələlik, krossoverin 2.5-litrlik benzin mühərrikinin əsasında yaradılmış 192 at qüvvəli hibrid güc qurğusu bəyan edilib. Başqa güc aqreqatlarının təklif olunacağı da istisna edilmir. Əkiz krossoverlərin təqdimatı bu ayın sonuna qədər keçirilməlidir.