Toyota şirkəti Crown modelinin növbəti nəslinin təqdimatının gələn cümə, 15 iyul tarixində keçiriləyini rəsmən bəyan edib. Təqdimatı xüsusi olaraq yaradılmış saytda onlayn rejimində keçirəcəklər. Yeri gəlmişkən, Toyota şirkəti tac şəklində firma emblemi olan tamamilə qeyri-informativ bir tizeri dərc edib və heç bir təfərrüatları açıqlamayıb: buraxılmış mətbuat açıqlaması həddən ziyadə lakonikdir.

Yuxarıda adı çəkilən saytda təqdimat gününə qalan vaxtı göstərən sayğacdan başqa, 16-cı nəsil Toyota Crown modelinin form-faktorunu dəyişdirdiyinə dair işarə də var.

Image alt Image alt

Xatırladaq ki, bir müddət bundan əvvəl İnternet şəbəkəsində yeni Crown modelinin patent təsvirləri peyda olub. Görünən odur ki, bazardakı trendləri nəzərə alan yapon istehsalçısı yeni “Tacına” hündür klirensli krossover cizgilərini vermək qərarına gəlib.

Yapon kütləvi informasıya vasitələrinin əldə etdiyi məlumata görə, S235 indeksli modelin debütü 15 iyul 2022-ci il tarixində baş tutmalıdır. Gələcəkdə Crown ailəsinə kross-universal və hətta hetçbek (!) kuzovlu versiya da qoşulacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.