Bu günlərdə Toyota şirkəti Çinin patent idarəsində Frontlander adını qeydə alıb. Əslində, Toyota Frontlander Çin bazarında satılacaq və bir qədər təkmilləşdirilmiş dördüncü nəsil Harrier krossoveridir. Frontlander modeli üçün ilk bazar Çin olacaqdır. Krossoverin istehsalı GAC-Toyota müəsissəsinin zavodunda istehsal ediləcək və yerli müştərilər üçün yeni məhsul RAV4 modelinə alternativ olacaqdır.
Toyota Frontlander modelinin texniki cəhətdən hazırkı RAV4 krossoveri ilə oxşar olacağı, Harrier modelindən isə, sükanın yerləşməsi, avadanlıq seçimləri və xarici dekorasiya ilə fərqlənəcəyi gözlənilir. Çox güman ki, Toyota Frontlander Çində RAV4 modelinin bir qədər böyük və daha lüks versiyası kimi mövqelənəcəkdir.
Toyota Frontlander modeli RAV4 ilə TNGA GA-K platformasını parçalayacaq, 171 at qüvvəli 2,0-litrlik benzin mühərriki, variator və ön ötürmə ilə təchiz ediləcəkdir. Alternativ olaraq, 2,5-litrlik mühərrikin əsasında yaradılan 222 at qüvvəli hibrid güc qurğusu və arxa oxda elektrik mühərriki olan tam ötürmə sistemi ilə təchiz edilən versiya da təklif ediləcəkdir.
Hazırda Çin bazarında RAV4 modelinin iki variantı buraxılır: bunlar, GAC-Toyota birgə müəssisəsinin istehsal etdiyi Wildlander krossoveri və FAW-Toyota birgə müəssisəsnin buraxdığı "qlobal" RAV4 modelidir. Toyota Frontlander isə RAV4 modelinin üçüncü variasiyası olacaqdır.
Bununla birlikdə, Toyota Frontlander yalnız Çində təklif edilməyəcəkdir - krossover Yaxın Şərqdə və hətta Şimali Amerikada da debüt edə bilər.
Mənbə: Autohome.com.cn