Ötən əsrin 80-ci illərinin ikinci yarısında Corolla FX adı dünyanın bir çox ölkələrində satılan ön ötürməli yığcam hetçbeklərə verilirdi. Belə hetçbeklər əsasən sadə və az gücə malik avtomobillər olsalar da, çeşidin ən yüksək pilləsində 1,6-litrlik qoşa vallı mühərriklə təchiz edilmiş və idman dizaynı ilə seçilən FX16 versiyası (həmçinin FX-GT) versiyası dururdu.
Amerika bazarı üçün hazırlanmış yeni xüsusi Toyota Corolla FX versiyasında məhz belə obrazı yaratmağa çalışıblar. Düzdür, nədənsə əsas kimi hetçbek deyil (ABŞ-da da satılır), sedan götürülüb.
Mülki versiyalarla müqayisədə Corolla FX baqajın qapağındakı spoylerə, həmçinin qara emblemlər, dam və yan güzgü korpuslarının iki rəngli boyama sxeminə malikdir. Kuzov üçün üç eksklüziv rəng təklif olunur.
İki rəngli 18 düymlük təkər diskləri quraşdırılıb, lakin qabaqda kütləvi hava kanalları olan aqressiv bamperlərə artıq Corolla modelinin bəzi təchizat səviyyələrində rast gəlmək mümkündür.
Corolla FX sedanının interyerində əsas yenilik media sisteminin əvvəlki səkkiz düymlük displeyini əvəzləmiş daha böyük 10,5 düymlük ekranıdır. Bununla belə, eyni displey tezliklə modelin digər zəngin təchizat səviyyələrində də görünəcək.
Sürücünün qarşısında yeddi düymlük virtual cihazlar paneli var, baxmayaraq ki, daha sadə versiyalarda analoq cihazlar paneli saxlanılıb.
Təəssüf ki, yenidən canlandırılmış Corolla FX heç bir xüsusi texniki xüsusiyyəti ilə öyünə bilməz. Amerika versiyası üçün standart olan güc qurğusu 2,0-litrlik atmosfer mühərrikindən (171 at qüvvəsi, 205 Nm) və variatordan ibarətdir. FX versiyası həmçinin başqa yayları olan hündürlüyü aşağı salınmış asqısı və drayver tənzimləmələri olan sükan idarəetməsi ilə seçilir.
İdman üslublu Toyota Corolla FX Amerikadakı dilerlərin salonlarında payızda peyda olmalıdır. Xüsusi versiyanın qiymət də həmin vaxt açıqlanacaq. İndi oxşar Corolla XSE modeli 27 min dollara başa gəlir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.