Toyota şirkəti cari ilin noyabr ayının ortalarında Avropa bazarında Hilux pikapının hibrid versiyasını satacağını elan etsə də, o zaman modelin “yumşaq” hibrid güc qurğusunun texniki xüsusiyyətlərini açıqlamamışdı. İndi isə, onun 2,8-litrlik dördsilindrli turbodizelinin 48 voltluq generator şəklində üstqurumunu aldığı məlum olub: o, sürətlənmənin ilk saniyələrində dizel mühərrikini dəstəkləyərək, qısa müddət ərzində əlavə 16 at qüvvəsini təmin edir. Toyota Hilux Hybrid modeli 2024-cü ilin ortalarında Avropada satışa çıxarılmalıdır.

Yapon pikapı Avropa bazarında yalnız ikili kabin və hibrid güc aqreqatı ilə satışa çıxarılacaq. Təkmilləşdirilmiş start-stop sistemi sayəsində Hilux Hybrid dizel mühərrikli adi pikapından 5% az yanacaq sərf edəcək. Mühərrik-generator ilə təchiz edilmiş dizel mühərriki Euro 6d ekoloji sinifinə uyğundur və 204 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müəyyən şərtlərdən asılı olaraq sabitləşdirmə sistemlərini tənzimləməyə imkan verən Multi-terrain Select sistemi də artıq Hilux üçün əlçatandır. Xüsusi parametrlərə əlavə olaraq, beş hərəkət rejimi var: Dirt, Sand, Mud, Deep Snow və Rock. Bu preselər daha yaxşı dartma və manevr qabiliyyətini təmin etmək üçün yenidən sazlanıblar.

Hibrid Hilux Avropa bazarındakı Toyota Professional kommersiya xəttinin bir hissəsi olacaq. Pikapdan əlavə, ona ProAce City, ProAce və ProAce Max modelləri daxildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.