Toyota Land Cruiser yarım əsrlik tarixi boyunca sadə utilitar ofrouderdən bahalı modelə qədər yol qət edib. Buna baxmayaraq, o, ağır yolsuzluq üçün nəzərdə tutulmuş keçmə qabiliyyətlərini qoruyub saxlamağa müvəffəq olub. 2021-ci ildə təqdim edilən Land Cruiser 300 modelinin təqaüdə çıxmasına hələ çox var, lakin yapon istehsalçısı onun varisi üzərində işləməyə başlayıb. Yenilik əfsanəvi ofrouderin sələfi deyil, model xətti üzrə yoldaşı da ola bilər – istənilən halda, tarixdə ilk dəfə Land Cruiser adı elektromobilə verilib. O, Toyota Land Cruiser Se adlanır.

Yapon brendi Tokioda keçiriləcək Japan Mobility Show sərgisində bir sıra layihələri nümayiş etdirəcək ki, onlardan ən gözlənilməzi Land Cruiser Se elektrik ofrouderidir. Yaponlar prototip haqqında texniki detalları açıqlamayıblar, lakin onun sırf elektrik dartması ilə hərəkətə gəldiyini vurğulayıblar.

Land Cruiser ailəsinin standartları ilə müqayisədə, konsept qeyri-adi, zərif və aerodinamik dizaynlı kuzova və üç oturacaq sırası olan yeddi nəfərlik salona malikdir. Ofrouderin kuzovu ona asfaltda dəqiq idarəetməni, dərəli-təpəli yollarda isə yaxşı keçmə qabiliyyəti ilə təmin edəcək daşıyıcı kuzovdur.

Image alt Image alt Image alt Image alt Image alt

Prototipin uzunluğu 5150 millimetr, eni – 1990 millimetr, hündürlüyü – 1705 millimetr, təkər bazasının ölçüsü isə 3050 millimetrdir. Ölçülərinə görə onu Toyota Grand Highlander modeli ilə müqayisə etmək olar. Toyota şirkəti Land Cruiser Se barədə məlumatları bunlarla məhdudlaşdırıb və onun seriyaya getmə perspektivləri barədə heç bir məlumat verməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.