Toyota şirkəti dünən Las-Veqasda qapılarını ziyarətçilərin üzünə açan SEMA 2017 tüninq sərgisində xüsusi olaraq hazırlanmış Camry avtomobillərini nümayiş etdirib.
Təqdim edilən işlərin arasında NASCAR Sprint Cup Series seriyasının çempionu Kayl Buşun dizayner Çak Qafrarar ilə birlikdə hazırladıqları
Camry Rowdy Edition adını almış sedan da vardır. Qara rəngli kuzova malik olan sedan 20-düymlük təkər disklərinə, ön splettirə arxa diffuzora və baqaj qapağının üzərində quraşdırılan spoylerə sahib olub. Sedanın interyeri də qara rənglərdə tərtib edilib.
Kayl Buşdan başqa, öz işlərini Deni Hamlin, Martin Tru cunior, NASCAR Xfinity Series seriyasının pilotu Daniel Suarez, TV aparıcısı Rutlec Vuds da təqdim ediblər.