Toyota şirkəti HiLux pikapının yeganə nüsxədə buraxılmış HiLux Bruiser xüsusi variantını təqdim edib. Bu avtomobil 1980-ci illərdə məşhur olan Tamiya radio ilə idarələnən oyuncaq modelinə həsr edilib.
Tam ölçülü modelin inşası ilə, tamçəkişli Toyota modellərinin xüsusi modifikasiyalarının hazırlanması üzrə ixtisaslaşmış Arctic Trucks firması məşğul olub. Avtomobil 35-düymlük yolsuzluq təkərləri, klirensi artırılmış asqı və təkər tağlarının genişləndiriciləri ilə təchiz edilib. Arctic Trucks mütəxəssisləri differensialının ötürmə ədədinə də dəyişikliklər ediblər.
HiLux pikapının radiomodelə bənzəməsi üçün, onu yük bölümünə xüsusi “düymə” qoyulmuş, kapot qısqacları, “plastik” bamperlər, kandarların müdafiəsi və antenna quraşdırılmışdır.
Avtomobil 150 at qüvvəli standart 2,4-litrlik dizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki qutu ilə birlikdə çalışır.
Bir müddət bundan öncə, Toyota şirkəti Tonka oyuncaq şirkəti ilə birlikdə xüsusi ekstremal HiLux pikapını nümayiş etdiriblər. Model ikiqat kabini olan SR5 top-modifikasiyasının bazasında hazırlanıbdır. Avtomobil 429 millimetrlik klirensə, karbondan hazırlanmış kapota və baqaj bölümünün qapağına, həmçinin 35-düymlük şinləri olan 17-düymlük təkər disklərinə sahib olub.