Toyota şirkəti lüks ofrouderin yeni tizerini dərc edib. Century ailəsinə qoşulacaq modelin təqdimatı sabah keçiriləcək. Yeni modelə marağı artırmaq üçün yapon avtomobil istehsalçısı tizer kampaniyasını davam etdirir: bu dəfə dərc olunmuş tizerdə avtomobilin ön optikası, üçölçülü naxışı olan radiator barmaqlığının bir hissəsi və Century emblemi əks olunub.

Bu, gələcək lüks ofrouderin üçüncü rəsmi tizeridir. İlk tizer iyunun sonunda göstərilib – o zaman, ofrouderin konturlarını qaranlıq fonda göstərmişdilər. İkinci tizerdə isə, arxa fənərlərin bir hissəsi və arxa qapını açan ağ əlcəkli sürücü təsvir olunmuşdu. Bu tizer modelin mövqeləndirilməsinə işarə edir: bu, sürücü tərəfindən idarə olunan nümayəndəlik avtomobildir və onun sahibi arxa oturacaqda əyləşir.

İndi isə, ön optikanın dizaynını nümayiş etdirilib: əsas blok gövdə rəngində zolaqla ayrılan dörd elementdən ibarətdir. Radiator barmaqlığı düzbucaqlı formaya və qeyri-adi qara haşiyəyə malikdir. Century emblemi mərkəzdə yerləşir, bu isə, ofrouderin həqiqətən də Century ailəsinin bir hissəsi olacağına işarə edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.