Toyota şirkəti ABŞ-ın patent idarəsində dəyişən sıxılma dərəcəsi olan mühərriki qeydiyyatdan keçirib. Yapon istehsalçısı mühərrikə dəyişən uzunluğu olan sürgüqollarını qoymağı təklif edib.
Toyota şirkətinin təklif etdiyi ideya yuxarı başlıqda olan porşen barmağını ekssentrik ilə əvəzləməkdir. Sürgüqolunun daxilindəki mexanizmi hərləmək üçün, porşenləri olan və yağın təzyiqi ilə vəziyyətini dəyişən iki kiçik hidravlik silindr gərəkdir.
Yağın yüksək təzyiqi ekssentrik mexanizminin vəziyyətini dəyişir və sürgüqolunun dirsəkli valdan porşenə qədər olan uzunluğunu tənzimləyir. Bu proses əksinə də gedə bilər. Əvvəllər dəyişən sıxılma dərəcəsi olan mühərriki Infiniti şirkəti təqdim etmişdir. Bu mühərrikdə sıxılma dərəcəsi 8.1 - 14.1 arasında dəyişə bilir. Mexanizmin işinə dirsəkli val ilə sürgüqollarının arasında olan manivela və mancanaqdan ibarət sistem cavabdehdir.
Bu sistemin yatıqlığı sıxılma dərəcəsini dəyişir. Sıxılma əmsalı dəyişən mühərrik Infiniti QX50 krossoverində debüt edəcəkdir. Toyota mühərrikinin nə zaman buraxılacağı açıqlanmayıb.