Toyota şirkəti Tundra pikapını yüngül şəkildə yeniləyib. Pikap TRD Rally ofroud paketini, ön oturacaqların masaj funksiyasını, qoşquda quraşdırılmış WiFi kameradan görüntüləri birbaşa salonda yayımlamaq imkanını və bir sıra digər avadanlığı əldə edib. Mühərrik çeşidi dəyişməyib: sifarişçilər 3,4-litrlik V6 biturbomühərriki (394 at qüvvəsi, 649 Nm), ya da onun hibrid versiyasıni (443 at qüvvəsi, 790 Nm) seçə bilərlər. Sonuncuda daxili yanma mühərriki ilə 10-pilləli "avtomatın" arasında elektrik mühərriki yerləşir.
TRD Rally paketi pikapın görünüşünə idman cizgiləri bəxş edib. Faktiki olaraq bu, kuzovda və salonda qırmızı, sarı və narıncı aksentlər ilə tamamlanan adi TRD Off-Road Package dəstidir. Avtomobil standart olaraq 18 düymlük təkər diskləri, Bilstein amortizatorları, bamperin mühafizəsi, elektron idarə olunan arxa differensial və Multi-Terrain Select hərəkət rejimlərinin seçilməsi sistemi ilə təchiz ediləcək. Daha qabaqcıl TRD Pro variantı daxili bypasslı Fox dayaqları, fərqli ön stabilizator çubuğu və Falken şinləri təklif edəcək.
Qohum Sequoia ofrouderi də Tundra pikapı ilə eyni təkmilləşdirmələri alıb, lakin TRD Rally paketinin əvəzinə o, hazırda Toyota zavodunun yerləşdiyi Texas rançosunun qurulduğu ilin şərəfinə 1794 heritage versiyasını alıb. Belə ofrouderlərin interyer tərtibatında fındıq ağacının şponundan və əsl dəridən istifadə olunur. Avtomobillər standart olaraq ikinci cərgədəi kapitan kresloları, panoram dam, yedək dəstu və 20-düymlük təkər diskləri ilə təchiz edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.