Toyota şirkəti payızda debütü gözlənilən yeni nəsil Tundra TRD Pro pikapına marağı artırmağa davam edir. Növbəti qısa videoçarxda gələcək modelin qabaqcıl funksionallığa malik olan dəbdəbəli interyeri nümayiş etdirilir. Bununla belə, yeni pikapın texniki xüsusiyyətləri hələ də gizli saxlanılır.

12 saniyəlik videoçarxın əvvəlində pikapın dəlikli qırmızı dəri ilə üzlənmiş oturcağı nümayiş olunur. Cəsarətli interyer rəngi ağ kontrastlı tikişlər və oturacaqların kürək hissəindəki  TRD Pro loqotipləri ilə tamamlanır. Bundan əlavə, dərc edilmiş kadrlarda bir sıra idarəetmə elementləri də göstərilir – onların arasında hərəkət rejimləri sisteminin yuvarlaq metal selektoru və smartfonların simsiz doldurulması üçün geniş meydança da var.

Bundan başqa, videoda bir anlıq avtomobilin elektron cihazlar paneli də əks etdirilir. Ekranda avtomobilin silueti olan tanqaj və əyilməni vericiləri görünür. Yeni nəsil Toyota Tundra TRD Pro modelinin 3,5-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Yeni Land Cruiser 300 modelində bu mühərrik 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edir.Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.