Toyota Yaris Cross krossoveri iki il bundan öncə, 2021-ci ilin əvvəlində debüt edib və rəqabətin yüksək olduğu B-SUV seqmentində alıcılar uğrunda mübarizəyə başlayıb. Toyota bazarı diqqətlə izləyir, ona görə də iki il yarımdan sonra subkompakt krossoveri yeniləmək qərarına gəlib. Yeniləmə Toyota Yaris hetçbeki ilə eyni ssenarini üzrə aparılıb.

Cüzi eksteryer dəyişiklikləri yalnız ən bahalı Premiere təchizat səviyyəsinə təsir göstərib. O, yeni ikirəngli Urban Khaki boyanma sxemini və xüsusi 18 düymlük təkər disklərini alıb. Bütün digər təchizat səviyyələri üçün yeni Juniper Blue rəngi əlçatan olub.

Krossoverin interyerində baş vermiş dəyişikliklər ön panelin aşağı hissəsi üçün nəzərdə tutulmuş yeni yumşaq tərtibat materialları və oturacaqların yenilənmiş naxışı olan üzlükləri ilə məhdudlaşıb. Yaris Cross Premiere versiyasının interyer tərtibatı isə, Urban Khaki kuzov rəngində tikişləri və dekorativ bəzək elementlərini nəzərdə tutur.

Əlbəttə ki, multimedia sistemində də dəyişikliklər var. Krossoverin avadanlıq siyahısına diaqonalı 7,0 və 12,3 düym olan (ikincisi GR Sport və Premiere versiyalarının imtiyazıdır) iki virtual cihazlar paneli daxil edilib. Mediasistemin mərkəzi ekranının ölçüsü 7,0 və ya 10,5 düymlük (təchizat səviyyəsindən asılı olaraq) ola bilər.

Qurğu simsiz Apple CarPlay və Android Auto protokollarını, havadan yenilənməni dəstəkləyir və yüksək səmərələliyə, həssaslığa, səsli köməkçiyə və smartfondakı elektron açara malikdir. Toyota həmçinin artıq baza təchizatına daxil olan T-Mate elektron sürücü köməkçiləri dəstini fəxrlə qeyd edir.

Əsas texniki yenilik Hybrid 130 modifikasiyasının peyda olmasıdır. 1,5-litrlik üçsilindrli atmosfer mühərriki Hybrid 115 versiyasındakı ilə eynidir, lakin yeni elektromotoru və idarəetmə blokunu alıb. Hibrid sistemin ümumi hasilatı 116 at qüvvəsi və 141 Nm-dən 132 at qüvvəsi və 185 Nm-ə artırılıb, 100 km/saat sürətlənmə isə, yarım saniyə (10,7 saniyəyə qədər) azaldılıb.

Hər iki hibrid paralel olaraq satılacaqlar. Bundan başqa, elektrik üstqurumu olmayan 125 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki və variator ilə hərəkətə gələn baza versiyası da təklif ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota rahatlığı da yaddan çıxarmayıb. Bu, ilk növbədə səs izolyasiyasına aiddir. Benzin mühərriklərinin yeni dayaqları, ön panel və kapotun altındakı əlavə səs izolyasiyası təbəqələri, səsboğucunun kanalındakı başqa rezonator və daha qalın şüşələnmə Yaris Cross modelini nəzərəçarpacaq dərəcədə səssiz etməlidir. Yenilənmiş krossoverlərin Avropadakı satışlarına yaxın aylarda başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.