Toyota Motor Corporation şirkəti yeni nəsil Toyota Camry sedanının ilk tizerini dərc etmişdir. Yapon istehsalçısı dərc etdiyi tizerdə yeni sedanın arxa işıq texnikasını nümayiş etdirmiişdir.
Yeni nəsil Toyota Camry sedanının rəsmi təqdimat mərasimi gələn ilin yanvarında keçiriləcək Detroyt avtosalonunda baş tutacaqdır. Yeni nəsil Camry modeli TNGA (Toyota New Global Architecture) modul platformasında yığılmışdır. Bu arxitekturadan artıq Toyota Prius və Toyota C-HR modellərinin istehsalında istifadə edilir. Dərc edilmiş şəkil yeni Camry sedanının aqressiv xarici görkəmə malik olacağını söyləyir. Qeyd etmək lazımdır ki, bu bir qədər gözlənilməzdir. Adətən bu günə qədər gördüyümüz Camry modelləri konservativ görünüşləri ilə yadda qalmışdırlar. Qeyri rəsmi məlumatlara görə, yeni Camry «qaynar» TRD modifikasiyasına da malik olacaqdırş Bu avtomobil daha aqressiv kuzov elementləri, eksklyuziv təkər diskləri və idman xarakterli buraxılış sistemi ilə seçiləcəkdir. Ehtimallara görə Toyota Camry TRD 300 at qüvvəli 3,5-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Adi modifikasiyalara gəldikdə isə, onlar təkmilləşdirilmiş 2,0 və 2,5-litrlik dörd silindrli benzin mühərrikləri ilə təchiz ediləcəkdir.