Toyota şirkəti iki yeni elektromobilinin debüt tarixini açıqlayıb – hər iki model 2021-ci il ərzində işıq üzü görəcək, Şimali Amerika və Avropa bazarlarında satılacaqdırlar. Bu modellərdən biri elektrik krossoveri olacaqdır. İkinci model barədə məlumat verilməyib.
Elektrik krossoverinin əsasını e-TNGA modeul platforması təşkil edəcəkdir. E-TNGA modul platforması çoxqollu arxa asqının mövcudluğunu nəzərdə tutur və dartma batareyasının döşəmədə yerləşdirilməsini təmin etmək üçün, orijinal TNGA arxitekturası ilə müqayisədə ciddi şəkildə dəyişdirilmiş və möhkəmləndirilmişdir.
Yeni krossover güc aqreqatını Subaru Evoltis modeli ilə bölüşəcəkdir – ilkin məlumatlara görə, elektrik qurğusunun gücü 290 at qüvvəsi olacaqdır. Bəyan edilmiş yürüş ehtiyatı 500 kilometr səviyyəsindədir. Batareyanın sıfırdan 100 faizə qədər doldurulmasına 10 dəqiqə vaxt gərək olacaqdır.
Daha sonra e-TNGA platformasında inşa ediləcək elektromobillər sırasına sedan, miniven və iri ölçülü krossover, həmçinin Suzuki ilə birlikdə yaradılan yığcam model daxil ediləcəkdir.