Toyota Crown sedanının növbəti, 16-cı nəsli Yaponiyada keçirilən 24 saatlıq Super Taikyu Fuj yarışında debüt edib, lakin yeni model yarışda iştirak etməyib – seriyaöncəsi sedan tam funksional olsa da, stenddə nümayiş etdirilib. Modelin tam ölçülü premyerası yaxın vaxtlarda baş tutmalıdır. Elə o zaman da texniki detallar açıqlanacaqdır.

Toyota hələlik yalnız avtomobilin platforması və ölçüləri haqqında məlumatı paylaşıb. Model hidrogen Mirai modelinin də əsaslandığı TNGA-L platformasında inşa edilib. Crown adı çəkilən model ilə hidrogen yanacaq elementləri ilə çalışan güc qurğusunu da paylaşa bilər, lakin bu barədə heç bir məlumat yoxdur. Şayiələrə görə, hidrogen modifikasiyasına alternativ olacaq benzin-elektrik versiyası haqqında da məlumat verilməyib.

Növbəti Crown modelinin uzunluğunun beş metri keçdiyi, oxları arasındakı məsafənin isə üç metrə bərabər olduğu rəsmən təsdiqlənib. Yenilik 19 və 20 düymlük təkər diskləri ilə təklif olunacaqdır.

“CarWatch” portalının dərc etdiyi şəkillərdə avtomobilin salonunu da görmək olar. Birincisi, sükan sol tərəfdə yerləşir, multimedia sistemi isə Çin dilinə tərcümə edilib - bu, Çinin yeni Crown üçün prioritet bazar olacağını təsdiqləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İkincisi, salonda ağac sponundan hazırlanmış çoxlu dekorativ elementləri, ön panelin mərkəzindəki "süzən" ekranı, rəqəmsal cihazlar panelini və çoxlu sayda fiziki düymələri görmək olar.

Keçən ilin payızında Toyota  şirkəti Crown modelinin yenidən satışa çıxarılmasını elan edib: bu, Çində qiymətinə görə Toyota və Lexus arasında yerləşəcək ayrıca sub-brend olacaqdır. FAW-Toyota birgə müəssisəsi Crown brendinin Çində populyarlaşmasına cavabdeh olacaq, avtomobillərin isə ayrıca diler şəbəkəsi vasitəsilə satılması planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.