Tokioda keçirilən avtosalonda Toyota şirkəti Super GT seriyası üçün hazırladığı Supra konseptini təqdim edib. Yeni yarış avtomobili 2020-ci ildə GT500 sinifində çıxış edən Lexus LC kupesini əvəz edəcəkdir.
Supra Super GT yarış avtomobili adi Toyota Supra modelindən tamamilə dəyişdirilmiş aerodinamik kuzov dəsti ilə fərqlənir. Yarış avtomobili iri yan ətəklərə, ön bamperdəki kanardlara, qanadlardakı havalandırma kəsiklərinə, iri diffuzora, mərkəzi kilidli təkər dislərinə və arxa antiqanada sahib olub. Yarış avtomobilinin salonunda yarış oturacaqları və təhlükəsizlik karkası quraşdırılıb.
Toyota Gazoo Racing bölməsi avtomobilin texniki xüsusiyyətlərini açılamayıb. Super GT çempionatı ilə yanaşı Toyota Supra NASCAR seriyasının Xfinity Series divizionunda da çıxış edəcəkdir. Yarış avtomobilinin debütü 16 fevralda Daytonada baş tutacaqdır.