BMW Z4 modelinə əsaslanan cari Toyota Supra modeli yalnız kupe kuzovu ilə təklif edilir. Ancaq yapon modelinin əvvəlki nəslli A80 (1993-2002) modeli tarqa kuzovu olan versiyada da buraxılırdı. ABŞ-da belə modifikasiya xüsusilə populyar idi və 1996-cı ildən bəri çıxarılan dam turbomühərriklə təchiz edilmiş güclü modifikasiya üçün standart təchizata daxil edilmişdi. Odur ki, yeni modelə əsaslanan tarqanın Supra kupesinin debütündən iki il sonra peyda olması bir qədərr qəribə görünür.
Təəssüf ki, yeni tarqa hərr il Amerika keçirilən SEMA tuninq sərgisi üçün hazırlanmış şou avtomobildir. Bu il sərgi pandemiya səbəbi ilə ləğv edilib, lakin Toyota şirkətinin amerikan filialı yenə də layihəni həyata keçirib və onlayn olaraq təqdim edib. Toyota GR Supra Sport Top modeli Toyota şirkətinin Motorsports Garage bölməsi tərəfindən yerli tüninq şirkətlərinin iştirakı ilə inşa edilmişdir.
Layihənin əsası kimi, keçən il nümayiş etdirilmiş Supra Heritage Edition şou avtomobili götürülüb. 90-cı illərin Supra modelinn üslubunda arxa antuqanadı və arxa işıqları olan şou avtomobili, orijinal kuzov dəstinə, 500 at qüvvəli turbomühərrikə və tamamilə dəyişdirilmiş arxa asqı ilə təchiz edilib. Mövzunu səsboğucu sistemin arxa bamperin mərkəzində yerləşən çıxış boruları tamamlayır.
Əlbəttə ki, yeni konseptin ən maraqlı elementi çıxarılan damıdır. Dam əllə sökülən və quruşdırılan iki kompozit paneldən ibarətdir. Forma cəhətdən çıxarılan dam orijinal kupenin damına bənzəyirlər - yan pəncərələri və açılan üçüncü qapısı olan arxa hissə toxunulmamış qalıb. Odur ki, uzqdan damı quraşdırılmış tarqa orijinal kupedən paktiki olaraq fərqlənmir.
Alın şüşəsinin çərçivəsi və damın arxa hissəsi gücləndirilib. Bundan başqa, avtomobilin altında əlavə gücləndiricilər quraşdırılıb. Ancaq avtomobilin salonu standart olaraq qalır. Şübhəsiz ki, tarqa kuzovlu Supra modeli yaxın zamanlarda çoxsaylı tünerlərin kataloqunda peyda ola bilər, lakin Toyota şirkəti belə bir modifikasiyanın perspektivlər barədə bir kəlmə belə deməyib. Çox güman ki, zavod tarqası heç zaman buraxılmayacaqdır.