SupraMKV saytı Toyota Supra modelinin seriya variantının şəklini dərc edib. Avtomobilin kamuflyajsız şəkli onun daşındığı zaman çəkilib. Rəsmi olaraq, yeni model gələn ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda təqdim ediləcəkdir.
Dərc edilmiş təsvirdən də göründüyü kimi, seriya variantının dizaynı 2014-cü ilin FT-1 konsepti üslubunda yerinə yetiribdir. Konseptin iti «burnu», şəffaf pıncərəsi olan çıxıntılı kapot, nazik dayaqlara malik olan yan güzgülər və nazik ön fənərlər dəyişmədən seriya variantına köçürülüblər.Əlavə olaraq, seriya modeli yeni formalı hava girişlərinə və ön bamperdəki kəsiklərə sahib olub. Sportkarın xüsusiyyətlərindən biri tünd rəngli ön dayaqlar, güzgü gövdələri və double-bubble tavanıdır. Sonuncunu əsasən Zagato avtomobillərində görmək olar.
Yeni Toyota Supra altıncı nəsil BMW Z4 rodsteri ilə eyni platformada inşa ediləcəkdir. Lakin, avtomobillər nəinki kuzovları, hətta şassi xarakteristikaları ilə fərqlənəcəkdirlər. Bununla belə, hər iki model çoxsaylı ümumi detallara malik olacaqdırlar. Sportkarın başlanğıc variantları BMW şirkətinin hazırladığı 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Bundan başqa, Supra modelinin mühərrik çeşidinə 3,0-litrlik altı silindrli mühərrik də daxil ediləcəkdir.
Mənbə: SupraMKV