Acı bağırsaq kimi uzanan Supra modelinin qayıdış nağılı, nəhayət ki, gələn ay başa çatmalıdır. Artıq uzun müddətdir ki, «dama-dama göl olar» prinsipini rəhbər tutan yapon istehsalçısı tizer damcılamasını sona verərək tam avtomobili Detroyta nümayiş etdirmək qərarına gəlib.
Lakin, avtomobil aləminin paparazziləri də boş durmaq fikrində deyillər - onlar bacardıqca yeni kupenin kamuflyajsız fotoşəkillərini çəkib dərc etməklə, avtomobilsevərlərin intiqamını yaponlardan alırlar. Bu gün onlar Toyota Supra modelinin seriya variantının arxa hissəsinin götüntülərini yayıblar. Qeyd etmək lazımdır ki, ümumilikdə seriya modeli konseptual kipedəki dizayn üslubunu qoruyub-saxlasa da, iki avtomobil arasında xeyli fərqlər mövcuddur. Buyurun baxın...