Toyota konseptual elektrik transformerinin şəkillərini dərc edib. Yaponların yaratdığı bu qeyri-adi yenilik daha çox müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş platformadır və lazım olduqda dəyişdirilə bilər. Beləliklə, elektromobili ailə ilə səyahət üçün kemperə və ya malları daşınmaq üçün kommersiya furqonuna çevirmək olar. Yeni konsept oktyabrın 26-da qapılarını ziyarətçilərin üzünə açacaq Tokio Japan Mobility Show sərgisində nümayiş etdiriləcək.

Toyota şirkətinin kub formalı elektromobili Kayoibako adlanır. Onun maraqlı dizayn cəhətlərindən biri qeyri-adi şüşələnmə xəttidir. Kuzovun yan tərəfdəki uzun dar pəncərələr demək olar ki, damın altından keçir, qabaqdakılar isə hamar şəkildə ön şüşəyə birləşirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konsepsiyanın əsas xüsusiyyəti - onun çoxfunksiyaslı olmasıdır. Sərnişin oturacaqlarını avtomobilin içərisinə yerləşdirib onu kiçik avtobusa və yaxud onları tamamilə çıxarıb Kayoibako yük avtomobilinə çevirmək olar. Onu hətta onu səyyar fudtrak kimi istifadə etmək də mümkündür.

Image alt Image alt Image alt Image alt

Qeyri-adi elektromobillə yanaşı, Toyota Tokioda keçiriləcək sərgi üçün daha iki yenilik hazırlayıb. Avtomobil istehsalçısının ilk və əsas yeniliyi FT-Se elektrik superkarı olacaq. Bundan əlavə, ziyarətçilərə FT-3e krossoveri təqdim olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.