Toyota şirkətinin Toyoda Gosei bölümü toxunuşa həssas sükan çarxını hazırlayıb. Sürücünün sükanı tutub-tutmadığını müəyyən edən sükan çarxı ilkin olaraq bayraqdar Lexus LS sedanının yeni nəslində quraşdırılacaqdır.
Müasir sürücüyə yardım (ADAS) sistemləri ilə uyğunlaşan sükan yarımavtonom idarəetməni mümkün edir. Sükan çarxı sürücünün əllərinin sükandakı vəziyyətini dəqiqliklə müəyyən edən sensorlarla təchiz edilib. Bu sensorların göstəricilərinə əsaslanan sistem, avtonom rejimdə belə, sürücüdən sükanı tutmasını tələb edə bilər.
Hazırda sürücünün sükanı tutmasını sükan çarxının dönmə sensoru müəyyən edir. Şirkətdən verilən məlumatda, bu texnologiyanın yüksək həssas sensorun və sükan çarxının qızdırılması funksiyasını vahid element şəklində hazırlanmasını təmin edən ilk texnologiya olduğu da bildirilib.