Toyota şirkəti yeni Tundra TRD Pro modelinə olan marağı artırmağa davam edir. Yapon istehsalçısının mətbuat xidməti tərəfindən dərc edilmiş videoçarxda TRD Pro pikapın asqısına nəzər yetirmək təklif olunur.
Dərc edilmiş videoçarxda pikapın ressorlarının olmadığı diqqəti çəkir. Xatırladaq ki, cari Tundra pikapı trapesiyaşəkilli çoxqatlı ressorları olan arxa körpüyə malikdir. Bu, Tundra TRD Pro pikapının arxa müstəqil asqıya malik olan Raptor pikaplarından geri qalmayacağına dəlalət edir. Hələlik belə asqının hansısa modifikasiyalarda quraşdırlacağı və yaxud standart təchizata daxil olacağı məlum deyil.
Xatırladaq ki, bir müddət öncə Toyota şirkəti gələcək modelin qabaqcıl funksionallığa malik olan dəbdəbəli interyerini nümayiş etdirib. 12 saniyəlik videoçarxın əvvəlində pikapın dəlikli qırmızı dəri ilə üzlənmiş oturcağı nümayiş olunur.
Cəsarətli interyer rəngi ağ kontrastlı tikişlər və oturacaqların kürək hissəindəki TRD Pro loqotipləri ilə tamamlanır. Bundan əlavə, dərc edilmiş kadrlarda bir sıra idarəetmə elementləri də göstərilir – onların arasında hərəkət rejimləri sisteminin yuvarlaq metal selektoru və smartfonların simsiz doldurulması üçün geniş meydança da var.
Bundan başqa, videoda bir anlıq avtomobilin elektron cihazlar paneli də əks etdirilir. Ekranda avtomobilin silueti olan tanqaj və əyilməni vericiləri görünür. Yeni nəsil Toyota Tundra TRD Pro modelinin 3,5-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Yeni Land Cruiser 300 modelində bu mühərrik 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edir.Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.