Toyota Tundra modelinin üçüncü nəsli Şimali Amerikan bazarında uğurlu debüt edib. Yerli dilerlər yeni pikapa növbələrin yarandığını bildirirlər. Carsdirect.com portalının Cənubi Kaliforniyadakı Longo Toyota salonlar şəbəkəsində istinadən bildirdiyinə görə, bəzi versiyaların çatdırılmasını yarım ilə qədər gözləmək lazım olacaqdır. Məsələn, Tundra TRD Pro versiyasını 18 ay gözləmək gərəkdir.
Üçüncü nəsil Toyota Tundra pikapı bu ilin sentyabr ayında debüt edib. İlk əmtəə avtomobillərinin bu ilin dekabrında diler salonlarında peyda olacağı gözlənilir. Lakin, ərizələrin qəbul olunduğu ilk gündə belə sifarişlərini rəsmiləşdirmiş şəxslər də öz avtomobillərini gözləməli olacaqlar: Toyoa zavodu modelə olan yüksək tələbatı təmin etməyə qadir deyil.
Təchizatından asılı olaraq, sifariş edilmiş pikapları dörd aydan doqquz aya qədər gözləmək tələb olunur. Eksteryer dizaynı, orijinal Fox amortizatorları, başqa ön köndələn dayanıqlılıq stabilizatoru və altlığın müdafiəsi kimi texniki təkmilləşdirmələr isə seçilən Tundra TRD Pro modelini bir il yarım, yəni ən azı 2023-cü ilə kimi gözləmək lazım olacaqdır. Pikapın top versiyası sayılan Tundra Capstone modelinin çatdırılması müddəti barədə ümumiyyətlə məlumat yoxdur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.