Yaponiyanın JAXA aerokosmik tədqiqatlar agentliyi və Toyota Motor Corporation idarə olunan Ay roverinin adını açıqlayıblar. Ay avtomobili Toyota Land Cruiser ofrouderinin üslubunda olan Lunar Cruiser adlandırılıb. Yapon avtoistehsalçısının mətbuat xidməti Ay roveri üçün seçilmiş ad Toyota Land Cruiser modelinə xas olan "keyfiyyət, dözümlülük və etibarlılıq" ilə əlaqələndirilir.

Şirkətlər keçən yay Ay rover üzərində birlikdə işləmək barədə müqavilə imzalayıblar və 2020-ci ildə tam ölçülü çalışmalara başlayıblar. Lunar Cruiser test prototipinin hər bir elementi səthləri istiliyə və təzyiqə dözümlülüyünü sınayan simulyator vasitəsi ilə istehsal olunur. Kokpitdəki avadanlıqların yerləşməsi də kompüterin köməyi ilə modelləşdirilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırki Toyota modellərindən birinin bazasında inşa ediləcək sınaq prototipi 2022-ci ilə qədər hazır olmalıdır. Əksperimentaı Ay roveri kiçildilmiş ölçülərə sahib olacaq və Yerdə ciddi sınaqlardan keçəcəkdir.

Sınaqlar tamamlandıqdan sonra şirkətlər Lunar Cruiser modelinin gövdəsinin uzunluğu təxminən altı metr, eni - 5,2 metr və hündürlüyü isə 3,8 metr olan son versiyasını yığmağa başlayacaqlar. Sahəsi 13 metr olan salonda iki astronavt üçün nəzərdə tutulmuş və hava təchizatı sistemi ilə təchiz olunmuş yaşayış modulu təşkil ediləcəkdir.

Tam ölçülü Lunar Cruiser roveri 2027-ci ildə Yerin peykinə göndərilməyə hazır olacaqdır.