Toyota şirkətinin Avstraliya nümayəndəliyi oyuncaq yük avtomobillərinin istehsalçısı olan Tokna firması ilə birlikdə yeni konseptual ofroder hazırlamaq niyyətindədirlrə. Prototipin əsasını Toyota HiLux pikapı təşkil edəcəkdir.

Yapon istehsalçısı konseptual pikapın adı modeldən xüsusi asma, iri təkərlər, yeni bamperlər, radiator barmaqlığı, təkər tağları və qapı moldinqləri ilə seçiləcəyini bildirmişdir. Bundan əlavə, konseptual pikap Tonka oyuncaqlarına xas olan qara-sarı rəngə boyanacaqdır. Əsas olaraq 2,8-litrlik dizel mühərriki ilə təchiz edilmiş ikiqat kabinalı HiLux pikapının götürüləcəyi bildirilmişdir. Güc aqreqatı 177 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edir. Konseptin nə zaman debüt edəcəyi hələlik məlum deyildir. İstehsalçı konseptin yaxın aylar ərzində nümayiş etdiriləcəyini bildirmişdir. Qeyd etmək lazımdır ki, bu Toyota və Tonkanın ilk birgə layihəsi deyildir. İki il bundan əvvəl onlar 4Runner ofroderinin bazasında yaradılmış prototipi hazırlamışdırlar. 

Toyota 4Runner Tonka

Toyota HiLux