Toyota şirkətinin Avstraliyadakı bölməsi xüsusi Land Cruiser Prado Altitude special edition ofroderinin satışlarının başlandığını elan etmişdir. Yüksək keçimli populyar ofroder bir sıra eksklyuziv və lazımlı opsiyalarla təchiz edilmiş və 68230 dollardan başlayan qiymətlərlə satılır.
Toyota nümayəndələrinin bildirdiyinə görə, xüsusi seriyadan olanofroderi seçmiş müştərilər daha sərfəli qiyməti olan ofroderlə birlikdə 10000 dollarlıq opsiyaları əldə etmiş olacaqdırlar. Qeyd etmək lazımdır ki, bu sayaq ofroderlər əvvəllər də Avstraliyada satılırdı. Hazırki xüsusi seriya isə yenilənmiş ofroderin bazasında hazırlanmışdır.
Beləliklə, xüsusi Toyota Land Cruiser Prado Altitude modeli elektrik ötürməli şüşə lyuka, 18-düymlük eksklyuziv təkər diskləri dəstinə, avtomatik ön fənərlərə, əlavə xrom və qara parlaq rəngli işləmələrə, yüksək kefiyyətli JBL səsə sisteminə və yeddi süymlük ekranı olan məlumat-əyləncə sisteminə malik olacaqdır. Bundan başqa, ofroder, “müştərilərə uzaq səfərlər etməyə” imkan verən, həcmi artırılmış yanacaq çəninə sahiblənmişdir. Bundan başqa, xüsusi seriyadan olan ofroder çoxlu sayda təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə də öyünə bilər.
Toyota Land Cruiser Prado Altitude ofroderi 177 at qüvvəsinə və 450 Nm fırlanma anına malik olan 2,8-litrlik dörd silindrli dizel mühərriki ilə hərəkətə gələcəkdir. Avtomobil tam çəkiş sistemi və altı pilləli avtomatik ötürmələr qutusu təchiz edilir. 100 kilometr məsafəyə ofroder 8,1 litr yanacaq sərf edir. Müştərilər ofroderi dörd rəngdə sifariş edə bilərlər. Qara rəng pulsuz olsa da, digər rənglər üçün 550 dollar ödəmək gərəkdir.