Toyota şirkəti Yaponiyanın yeni imperatoru üçün unikal Centry modelini inşa edəcəkdir. Bu üstü açılan, yeganə nüsxədə və fərdi sifarişlə hazırlanmış avtomobil olacaqdır. Yeni avtomobili bu ilin payızında tacqoyma paradında canlı olaraq görmək mümkün olacaqdır.
İmperatorun kabrioleti üçüncü nəsil Toyota Century sedanının bazasında inşa edəcəkdirlər. Xatırladaq ki, Toyota Centry sedanının üçüncü nəsli 2017-ci ildə debüt edib və Lexus LS 600h modelinin hibrid güc qurğusu ilə təchiz olunur. 431 at qüvvəsi gücə malik olan hibrid qurğunun tərkibinə 5,0-litrik atmosfer mühərriki, THS II elektromexaniki variatoru daxildir.
Toyota Century salonunda 100 faizlik yundan hazırlanmış parça ilə örtülmüş dörd oturacaq vardır. Müştərinin arzusu ilə salonu dəri ilə də örtmək olar. Arxa sərnişinlər ixtiyarına ayaq dəstəyi, massaj, oturacaqların elektrik ötürməsi, masalar, digər oturacaqları, klimat-kontrolu və 20 dinamikli səs sistemini idarə etmək üçün oturacaqların arasında yerləşdirilmiş xüsusi panel, həmçinin iri ekranı olan əyləncə kompleksi verilibdir.
Toyota Century modelinin təchizatına işıqdiodlarından fənərlər, adaptiv uzaq işıqlar, toqquşmaları önləyən sistem, kor zonalara nəzarət funksiyası və avtomobil arxa istiqamətdə hərəkət edərkən köndələn istiqamətdə gələn avtomobillərə nəzarət sistemi daxildir.
Toyota Century Yaponiya imperator evinin rəsmi avtomobilidir. 2006-cı ildə şirkət imperator üçün Century modelinin Century Royal adlı xüsusi versiyasını inşa etmişdi. Dörd nüsxədə buraxılmış avtomobillər qranit kandarlara, düyü kağızından tavan örtüyünə və salonun yun parça ilə tərtibatına malik olublar.