Toyota şirkəti Yaponiya bazarı üçün nəzərdə tutulmuş on ikinci nəsil Corolla modelini təqdim edib. Sedan və universal kuzovuna malik olan model qlobal TNGA platformasında inşa edilib. Qeyd etmək lazımdır ki, Yaponiyada satılacaq Toyota Corolla ölçülərinə görə, qlobal modeldən bir qədər fərqlənir.
Məlum olduğu kimi, yeni model sələfindən bir qədər yığcam alınıb. Bunun səbəbi isə TNGA modul arxitekturasıdır. Hetçbek, sedan və universal kuzovları ilə təklif edilən Corolla modelinin təkər bazasının uzunluğu 2640 mm təşkil edir. Sələfinə nisbətən yeni Corolla sedanı 115 mm, universal isə 155 mm qısa olubdur. Bundan başqa, model müvafiq olaraq 35 və 45 mm ensizləşib.
Toyota Corolla modelinin yeni nəslinin mühərrik çeşidinə 140 at qüvvəi hasil edən 1,8-litrlik atmosfer mühərriki və 116 at qüvvəli 1,2-litrlik turbomühərrik daxil edilib. Bundan başqa, tərkibinə 98 at qüvvəli 1,8-litrlik mühərrik və 72 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusu da təklif edilir. Hibrid versiya üçün arxa oxda quraşdırılan 7,2 at qüvvəli elektromotor (opsional) da nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, belə modifikasiya yalnız Yaponiyada satılır.
Toyota Corolla sedanı vətənində 17,9 min dollardan, oniversalı isə, 18,9 min dollardan başlayan qiymətlərlə satılırlar.