Toyota Yaponiyada satılan on ikinci nəsil Corolla ailəsinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Daxili bazar üçün nəzərdə tutulmuş JDM versiyasında olan Corolla modeli ön tərəfdə xüsusi “C” nişanını, arxa tərəfdə isə korporativ loqotipi saxlayaraq cüzi zahiri dəyişikliyə məruz qalıb. Əsas yeniliklər multimedia sisteminin böyüdülmüş displeyi və təkmilləşdirilmiş hibrid güc qurğusundan ibarətdir.

Avtomobilin zahirində baş vermiş dəyişikliklər azdır: burada bir qədər dəyişdirilmiş fənərləri və radiator barmaqlığını görmək olar. Həm ön, həm də arxa tərəfdəki nişanlar elektrikləşdirilmiş güc qurğusuna işarə edən mavi konturlarını qoruyub saxlayıblar. Bundan başqa, alıcılara yeni kuzov rəngləri təklif edilir.

Salonda Apple CarPlay dəstəyi və daha böyük displeyi olan multimedia sistemi peyda olub: onun diaqonalı əvvəlki səkkiz düymdən 10,5 düymə qədər artırılıb. Əlavə ödəniş qarşılığında Wi-Fi qoşulma modulunu da quraşdırmaq olar.

Yenilənmiş modellərin təchizatına Proactive Driving Assist sistemi də daxil olmaqla yeni təhlükəsizlik sistemləri daxil edilib. Proactive Driving Assist piyadalar, velosipedçilər və park edilmiş nəqliyyat vasitələrinə təhlükəli yaxınlaşmanı aşkar etdərsə, ehtimal olunan toqquşmanın qarşısını almaq üçün əyləclərin idarə edilməsini və tətbiqini öz üzərinə götürür. 

2023-cü model ilinin Toyota Corolla modelləri yenilənmələri "hava" üzərindən almağı da öyrənib. Bu, mövcud olan elektron köməkçiləri daim təkmilləşdirməyə kömək edəcəkdir. Bundan əlavə, 1,8-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu da təkmilləşdirilib. İndi benzin mühərriki təkmilləşdirilmiş elektrik mühərriki ilə tandemdə çalışır. 1,5 və 2,0-litrlik mühərrikləri olan variantlar da təkmilləşdirilərək daha qənaətcil olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Corolla sedanının qiyməti 1 990 000 - 2 998 000 yen (23 400 - 35 200 manat) arasındadır. Hetçbek üçün 2 890 000 (33 900 manat), universal üçün isə 3 048 000 yen (35 800 manat) tələb olunur. Xatırladaq ki, Azərbaycan bazarında Toyota Corolla modeli yalnız sedan kuzovunda təklif olunur. 1,6-litrlik benzin mühərriki və 1,8-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təklif edilən sedanın satış qiyməti 34 800 manatdan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.