Toyota şirkəti 2022-ci ilin yanvar ayında Yaponiyadakı beş zavodda yeni nəqliyyat vasitələrinin istehsalını dayandırmağı planlaşdırır. Yapon markasının konveyerlərinin nə qədər boş dayanacağı hələlik dəqiq məlum deyil. Mütəxəssislər müəssisələrin dayandırılmasının elektron komponentlərin çatışmazlığı ilə əlaqələndirirlər. Xatırladaq ki, bu il ərzində əksər avtomobil istehsalçıları da eyni problem ilə qarşılaşıblar. Məcburi dayanma Toyota avtomobillərinin diler mərkəzlərindəki defisitinə səbəb ola bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, Toyota şirkətinin zavodlarındakı məcburi fasilə iki gündən bir həftəyə qədər çəkə bilər. İstehsalın dayandırılması 20 min nəqliyyat vasitəsinin buraxılması müddətinin pozulmasına səbəb ola bilər. Bundan əlavə, mütəxəssislər dayanmanın diler mərkəzlərindəki avtomobillərin defisitinə gətirib çıxaracağını və model cərgəsinin qiymətinin qalxmasına səbəb ola biləcəyini ehtimal edirlər. Bununla belə, Toyota nümayəndələri beş zavodun dayanmasının növbəti maliyyə ilində doqquz milyona yaxın avtomobilin buraxılması planlarına mane ola bilməyəcəyini söyləyiblər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.