Keçən ilin yazında təqdim olunan yığcam Toyota Yaris Cross krossoveri artıq Yaponiyada istehsal olunur və satılır. Ancaq Avropadakı alıcılar hələ də yeni krossoveri gözləyirlər. Yaris hetçbekinin istehsal olunduğu Fransadakı zavodda krossoverin buraxılışına hələlik başlanılmayıb: avtomobilə sifarişlərin qəbuluna aprel ayında başlanacaqdır, satışların isə sentyabr ayında başlanması planlaşdırılır. Buna baxmayaraq, Toyota şirkətinin Avropa filialı Yaris Cross modelinin iki yeni versiyasını təqdim edib.
Birinci versiya Toyota Yaris Cross Adventure modelidir. Bu krossover baza modelindən bamperdəki qara plastikdən əlavələr, altlığın əlavə müdafiəsi, damdakı reylinqlər və 18-düymlük qara təkər diskləri ilə fərqlənir. İnteryer tərtibatı da, gümüş və ya qızıl rəngli (kuzov rəngindən asılı olaraq) kiçik plastik əlavələr istisna olmaqla, qara rəngdədir.
İkinci seçim Premier Edition adlanır və satışların başlanmasından sonra bir il müddətində sifariş üçün əlçatan olacaqdır. Premier Edition versiyası Adventure versiyasından ciddi fərqlənmir - iki modifikasiya arasındakı fərqlər təchizatdadır. Yaris Cross Premier Editiion modeli "dəri" salona, beşinci qapının elektrik ötürməsinə, proyeksiya ekranına və digər opsiyalara malikdir.
Avropada krossoverin yalnız hibrid güc qurğusu ilə təchiz edilən Yaris Cross Hybrid versiyası satılacaqdır. Hibrid qurğunun tərkibinə elektomotor və elektromexaniki variatorla birlikdə çalışan 1,5-litrlik benzin mühərriki daxildir. Hibrid aqreqatı ümumi gücü 116 at qüvvəsidir. Bu dəst ön təkərləri hərəkətə gətirir, əlavə olaraq, arxa oxda ayrı elektrik mühərriki olan AWD-i transmissiyası da təklif ediləcəkdir. Bu elektromotor 5,3 at qüvvəsi və 52 Nm hasil edir, amma yalnız hərəkətə başlayan zaman və aşağı sürətdə işləyir.
Yaponiyada sırf benzin mühərriki ilə təchiz edilmiş Yaris Cross modeli də mövcuddur. Odur ki, belə modifikasiya Avropa bazarında da debüt edə bilər. Toyota Yaris Cross modelinin qiyməti hələlik açıqlanmayıb.