Bir müddət bundan öncə, Toyota şirkəti Gazoo Racing komandası tərəfindən hazırlanmış Yaris GR-4 ilk tizerini dərc edərək, protoipin 17 noyabrda keçiriləcək Avstraliya rallisində debüt edəcəyini bildirmişdi. Lakin, Avstraliyada baş verən meşə yanğınları ucbatından WRC çempionatının rəhbərliyi rallini keçirməmək qərarını qəbul etmişdi.
Bu gün Toyota şirkəti Yaris GR-4 konseptinin növbəti videotizerini dərc edэrək, avtomobilin debüt tarixi barədə məlumat verib. Beləliklə, Toyota Yaris GR-4 hetçbeki gələn ilin 10 yanvar tarixində Tokyo avtosalonunda geniş kütlə qarşısında debüt edəcəkdir. Lakin, bir neçə gündən sonra, 15 dekabrda kamuflyajlı avtomobil Toyota Gazoo Racing festivalında dinamik debüt edəcəkdir.
Tizerdə diqqəti çəkən məqamın hetçbekin üçqapılı kuzova malik olmasıdır. Xatırladaq ki, iyul ayında Nürbuqrinqdə sınaqdan keçirilən hetçbek beşqapılı kuzova malik idi.
Əvvəllər Gazoo Racing modelinin “qaynar” Yaris modelinin üç variantda hazırlayacağını bildirilmişdi. Yeni modelin aktual versiyadan fərqli olaraq daha güclü mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur. Xatırladaq ki, hazırda Toyota Yaris WRC modeli 380 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli mühərrik ilə təchiz edilir.