Toyota şirkəti «qaynar» Yaris GRMN hetçbekinin Avropadakı satışlarını 400 nüsxədən ibarət tirajla məhdudlaşdırmaq niyyətindədir. Son 10 ildə yapon istehsalçısının «qaynar» hetçbeki olan bu avtomobilin satışlarına bu ilin payızında başlanılmalıdır.
Böyük Britaniyada 100 nüsxəlik tirajla satılacaq avtomobilin qiyməti 26295 funt-sterlinq olacaqdır.
Toyota Yaris GRMN modelinin əsas rəqibləri Ford Fiesta ST, Opel Corsa OPC, MINI Cooper S və Peugeot 208 GTI avtomobilləri olacaqdır. Bərkgedən hetçbek 210 at qüvvəli 1,8-litrlik ötürməli kompressoru olan mühərriklə hərəkətə gələcəkdir.
Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışacaqdır. Toyota Yaris GRMN xüsusi Sachs amortizatorları, öndə dörd porşenli havalındırmalı əyləc mexanizmləri, ön dayaqların birləşdirən tir, qalın köndələn dayanıqlılıq stabilizatorları, yüksək sürtünməli Torsen differensialı, 17-düymlük təkər diskləri, adman oturacaqları və Toyota GT86 modelinin sükan çarxı ilə təchiz edilir.