Toyota şirkəti 2022-ci ilin sonunda, adından da göründüyü kimi, yığcam krossoverin ikinci nəslinin carçısı olan C-HR Prologue konseptini nümayiş etdirib. Bu gün yapon istehsalçısı yeni krossoverin təqdimat tarixini açıqlayıb- yeni Toyota C-HR 2023-cü il iyunun 26-da debüt edəcək və bu ilin sonunadək bazara çıxacaqdır. Yığcam krossover seqmentini dizayn və təchizat baxımından innovativ model gözləyir, lakin yaponlar detalları açıqlamaqdan imtina ediblər.

Dərc edilmiş yeganə tizerdən göründüyü kimi, yeni C-HR modeli arxa tərəfin tanınan dizaynına sahib olacaqdır - üçlü üfüqi xətləri olan arxa fənərlər, marka və modelin işıqlandırılan adı üçün bir növ çərçivəyə çevriləcəklər.

Eyni zamanda, tizerdə ənənəvi Toyota loqotipi görünmür, bununla belə, krossoverin kamuflyajlı prototiplərində belə elementin olduğu diqqəti çəkir. Texniki xarakteristikalar haqqında məlumat yoxdur, lakin əvvəllər krossoverin kuzov çıxışlarının qısaldılacağı və təkər bazasının genişlədiriləcəyi təsdiq edilib. Bu yeni modeli daha geniş və praktik etməlidir.

Bundan əlavə, Avropada yeni Toyota C-HR modelinin minimum iki hibrid versiyada təqdim ediləcəyi məlumdur - müştərilərə adi hibrid və plagin versiyası təklif olunacaqdır. Qalan təfərrüatları iyunun 26-da  keçirilməsi planlaşdırılan təqdimatı zamanı açıqlaycaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.