Uzun müddətdir ki, Toyota şirkətinin yeni Crown modelini buracaxağı barədə şayiələr dolaşmaqdadır. Model artıq 65 ildir ki istehsal olunur və 15 dəfə nəsil dəyişdirib. Bununla belə, sedanın cari nəsli sonuncu olmalıdır. Lakin, insayderlər Crown modelinin 2022-ci ildə bazara qayıdacağını və arxa ötürməni ön ötürmə olə əvəzləyəcəyini bildiriblər. Yaponiyanın Spyder7.com saytı yeni Crown layihəsi ilə bağlı bütün mövcud məlumatları toplayaraq, gələcək modelin ilk görüntüsünü dərc edib.

Qeyri -rəsmi məlumatlara görə, 2022-ci model ilinin Crown sedanı ən müasir Toyota modellərinin əsasını təşkil edən TNGA modul arxitekturasının üzərində inşa ediləcəkdir. Üstəlik, avtomobil istehsalçısı arxa ötürməli sedanın formatından imtina edəcəkdir - növbəti nəsil Toyota Crown modeli ön ötürməyə sahib olacaqdır.

Dərc edilmiş renderdə indiki Crown modelinin üslubunda iri radiator barmaqlığı və nazik formalı ön fənərləri olan sedan təsvir edilib. Rəssam gələcək sedanı böyük hava girişləri olan ön bamper və yığcam ölçülü yan güzgülər ilə “təchiz” edib. Güzgülərin dayaqları Crown S220 modelində olduğu kimi ön qapılarda yerləşir. Mühərrikə gəlincə, çox güman ki, sedanın yeni nəsli hibrid qurğusu ilə təklif ediləcəkdir.

Cari Toyota Crown sedanı 245 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilir. Yaponiyada alternativ olaraq, iki hibrid modifikasiya da təklif olunur. Hibrid qurğular 226 at qüvvəi 2,5-litrlik atmosfer mühərrikinin və ya 359 at qüvvəli 3,5-litrlik aqreqatın əsasında yaradılıblar. Ötürmə - arxaya və ya tam ola bilər.

Qeyd etmək gərəkdir ki, Toyota şirkəti Crown adından başqa bazarlarda da istifadə edir. Məsələn, yapon markası Çin bazarında satılan Highlander XSE krossoverini Toyota Crown Kluger adlandırıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.