Toyota şirkəti 4Runner modelinin yeni nəslini təqdim edib. Ölçüləri artan ofrouder yeni dizayna sahib olub və TNGA-F platformasına keçib. V6 mühərrikini itirən ofrouder, ekstremal Trailhunter də daxil olmaqla yeni təchizat səviyyələrini əldə edib. 4Runner öz platformasını Tacoma pikapı və Sequoia ofrouderi ilə bölüşdüyünə görə, çərçivəli konstruksiyaya malikdir, onun mühərrik çeşidində artıq yalnız dördsilindrli güc qurğuları var.

Toyota 4Runner Limited

Toyota 4Runner ABŞ bazarına ünvanlanmış bir modeldir və burada Ford Bronco və Jeep Wrangler modelləri ilə rəqabət aparır. Yeni ofrouderin eksteryer dizaynı daha brutal və “əzələli” olub: ümumilikdə yeni model trapesiyaşəkilli radiator barmaqlığı və iri təkər tağları olan ön hissəsinin dizaynı sayəsində daha çox yuxarıda adı çəkilən Tacoma pikapına bənzəyir. Qabaritlər baxımından yeni 4Runner sələfini üstələyir və indi amerikan bazarında satılan Land Cruiser ilə müqayisə oluna bilər. Modelin klirensi 234 millimetrdir.

Əvvəlki nəsil Toyota 4Runner 4,0-litrlik V6 mühərriki ilə təchiz edilirdi, lakin yeniliyin mühərrik çeşidində artıq belə aqreqat yoxdur.  İndi ofrouderin baza versiyasının kapotun altında səkkiz pilləli avtomatik transmissiya ilə birlikdə çalışan 281 at qüvvəli 2,4-litrlik “turbodördlük” yerləşir. Bir pillə yuxarıda 330 at qüvvəli i-Force Max qurğusuna malik olan hibrid qərarlaşıb - hibrid qurğunun tərkibinə həmin 2,4-litrlik mühərrik və ötürmələr qutusuna quraşdırılmış 48 at qüvvəli elektrik mühərriki daxildir.

Toyota 4Runner Trailhunter

Ofrouder arxa və ya tam ötürməli ola bilər. Özü də sonuncu iki varinatda təklif edilir: ön oxun sərt birləşdirilməsi və azaldıcı ötürməsi olan part-time, və yaxud mərkəzi differensialın məcburi kilidlənməsi olan daimi tam ötürmə sistemi.

Toyota 4Runner TRD Pro

Model, səthdən asılı olaraq hərəkət rejimlərinin seçilməsi sistemi və Crawl Control  kruiz-kontrolu ilə təchiz olunub - sonuncu müəyyən edilmiş sürəti 1,5 ilə 8,0 km/saat aralığında saxlayır. Avadanlıqlar siyahısına həmçinin adaptiv kruiz-kontrol, yol nişanının tanınması və zolağa nəzarət funksiyaları, həmçinin təcili əyləcləmə sistemi daxil olmaqla Safety Sense 3.0 təhlükəsizlik sistemləri kompleksi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Toyota 4Runner daha böyük təkərləri və asqı tənzimləmələri ilə seçilən yeni ekstremal Trailhunter daxil olmaqla doqquz təchizat səviyyəsinə malikdir.  Amerika bazarında 4Runner qiyməti 56 min dollardan başlayan Land Cruiser (yeni Prado) modelinin daha əlçatan alternativi olacaq. Hazırda cari nəsil 4Runner ofrouderini 40,7 min dollara almaq olar. Yeni ofrouderin qiymətləri hələlik açıqlanmayıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.