Böyük Alphard miniveninin dördüncü nəsli və onun əkiz qardaşı olan Vellfire miniveni debüt edib. Lakin bu, Vellfire modelinin üçüncü nəslidir. Model özünün tanınan siluetini və ölçülərini saxlayıb, lakin 2002-ci ildə bazara çıxdıqdan sonra bütün Toyota Alphard modellərinin tanınan xüsusiyyətinə çevrilmiş irəli əyilən ikinci firma dayaqdan imtina edilib.
Bununla belə, ön və arxa qapılar arasında qeyri-adi "sınıq" pəncərə xətti peyda olub. Mühərrik çeşidindəki əsas dəyişiklik - V6 mühərrikindən imtinadır.
Nəsil dəyişikliyi ilə Alphard GA-K modul platformasına keçib – miniven üçün bu platforma modernləşdirilib və gücləndirilib. Kuzovun sərtliyi sələfi ilə müqayisədə 50% artıb, vibrasiya səviyyəsi isə üçdə bir dəfə azalıb.
Vellfire minivenində, öz növbəsində, ön tərəfdə gücləndirici tir peyda olub. Üstəlik, asmanın tənzimləmələri də fərqlidir - bu minivendə onlar daha idman üslubundadırlar. Bundan əlavə, Alphard və Vellfire təchizat səviyyələri və dekorasiya ilə fərqlənirlər.
Həm Alphard, həm də Vellfire minivenlərində ikinci cərgədə iki ayrı oturacaq, üçüncü sırada isə üç nəfərlik divan olan salon var - sonuncunun kürək hissələri yan tərəfə şaquli şəkildə qatlanırlar. Salon cərgələr arasındakı əlavə boşluq hesabına daha geniş olub, sərnişinlər üçün isə, 62 santimetrlik tutacaqlar və irəli çıxan ayaqaltılar nəzərdə tutulub.
Artıq baza versiyasında sərnişin oturacaqlarının elektriklə tənzimlənməsi, qızdırılması və havalandırılması var, yüksək təchizat səviyyələrində sərnişinlər üçün dirsəkaltılara quraşdırılmış sensorlu displeylər nəzərdə tutulub.
Tavanda Toyota şirkətinin Super-Long Overhead Console adlandırdığı böyük bir blok meydana çıxıb – paneldə havalandırma deflektorları, iqlimə nəzarət sisteminin və lampaların idarəetmə düymələri var. Elektrik şüşəqaldıranların düymələri də bu paneldə yerləşdirilib. Bu konsolun kənarlarında ayrıca pərdələri olan şüşə damın bölmələri var.
Alphard bir neçə modifikasiyaya malikdir. Birincisi, 182 at qüvvəli 2,5-litrlik benzin mühərriki və variator ilə təklif edilir. İkincisi, 250 at qüvvəli hibriddir, onun güc qurğusuna 2,5-litrlik atmosfer mühərriki və dartma elektrik mühərriki olan elektromexaniki variator daxildir.
Vellfire eyni hibrid güc qurğusuna malikdir, lakin onun fərqli baza mühərriki var - 279 at qüvvəli 2,4-litrlik “turbodördlük”. Ötürmə - ön oxa və ya tam ola bilər, ikinci halda, arxa oxda 54 at qüvvəli əlavə elektrik mühərriki quraşdırılır. Daha sonra modifikasiyaların siyahısı təkrar doldurulan hibridlə tamamlanacaqdır.
Qiymətlər artıq məlumdur: Toyota Alphard miniveninin qiyməti 5,400,000 yen (64,7 min manat), Vellfire - 6,550,000 yendir (78,5 min manat). Hər iki modelin istehsal planına uyğun olaraq ayda 8,5 min miniven buraxılacaqdır. Minivenlərin yığılması İnabadakı zavodda təşkil olunacaqdır. bu həcmin 70 faizi - Alphard, qalan 30 faizi isə Vellfire modelinin payına düşəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.