Toyota növbəti, üçüncü nəsil hidrogen güc qurğusunun üzərində çalışmaları başa çatdırıb. Onun tətbiqindən hətta ağır kommersiya nəqliyyatı da faydalana biləcək. Yaponlar ənənəvi dizel mühərriklərinə xas olan etibarlılığı, yeni yanacaq elementləri formatına və digər istehsal proseslərinə keçid sayəsində maya dəyərinin əhəmiyyətli dərəcədə azalacağını, eləcə də daha az yanacaq sərfiyyatını və müvafiq olaraq artırılmış yürüş ehtiyatını vəd edirlər.
3d Gen FC System qurğusu özündə müştəri rəylərini və son bir neçə ildə aparılmış sınaqların nəticələrini birləşdirir.

Sistem iki dəfə daha etibarlı olub. Yanacaq səmərəliliyi əvvəlki nəsillə müqayisədə 1,2 dəfə, yürüş ehtiyatı isə, 20 faiz artıb. Nəhayət, belə qurğu əhəmiyyətli dərəcədə ucuzdur.
Hidrogen yanacaq elementləri təkcə avtomobillərdən tutumuş dəmir yolları və dəniz nəqliyyatında deyil, həm də stasionar elektrik generatorlarında, habelə qəza və ya köməkçi enerji mənbələri kimi istifadə oluna bilər. 3d Gen FC System haqqında ətraflı təfərrüatlar daha sonra, Tokioda keçiriləcək International Hydrogen&Fuel Cell Expo sərgisində təqdimat zamanı açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.