Bu yaxınlarda Toyota şirkəti yeni FT-4X adını qeydiyyata almışdır ki, bir çoxları bu adın yapon markasının yeni ofroderinin prototipinə veriləcəyini düşünür. Bu barədə məlumatı "AutoGuide" nəşri yaymışdır.

FT hərflərinin mənası Future Toyota («gələcəyin Toyotası») kimi açıqlanır. Xatırladaq ki, zamanında Toyota GT-86 kupesinin prototipi də məhz belə abbreviatura ilə - FT-86 kimi adlandırılmışdır. AutoGiude nəşrinin ehtimalına görə yeni prototip, bir müddət bundan öncə istehsalı dayandırılmış FJ Cruiser ofrioderinin xələfi ola bilər. Bildiyimiz kimi, Toyota FJ Cruiser modelinin istehsalı bu ilin avqust ayında son verilmişdi. Amerikan bazarını isə, ofroder ümumiyyətlə 2014-cü ildə tərk etmişdi. Toyota FJ Cruiser dörd litrlik iş həcmi olan V6 mühərriki ilə təchiz edilirdi. Benzin güc aqreqatı 239 at qüvvəsinə və 377 Nm fırlanma anına malik idi.