Yaponiyanın "Best Car" nəşri koronavirus səbəbindən təxirə salınan Toyota krossoveri barədə məlumatı paylaşıb. Yeni model markanın ən kiçik "qlobal" krossoverinə çevriləcək və platformasında inşa edildiyi Yaris hetçbekindən texniki hissəni miras olaraq alacaqdır. Modelin təqdimatı payızda baş tutmalıdır.
Yapon jurnalistləri hesab edirlər ki, yeni krossoverin uzunluğu 4170 millimetr, eni - 1765 millimetr, hündürlüyü - 1555 millimetr, təkər bazası isə 2560 millimetr olacaqdır. Toyota şirkəti yeni subkompakt krossoverin Yaris modeli ilə TNGA-B arxitekturasını paylaşacağını təsdiqləyib. İnsayderlər krossoverin 91 at qüvvəli 1,5-litrlik üçsilindrli atmosfer mühərriki və mexaniki başlanğıc pilləsi olan Direct Shift-CVT variatoru ilə təchiz ediləcəyini hesab edirlər.
Adsız krossoverin əsas versiyaları ön ötürmə ilə təklif ediləcək, tamötürməli modifikasiyalarda isə, arxa oxun fırlanmasına elektrik mühərriki cavabdeh olacaqdır. Beləliklə, krossover dəqiq e-Four elektrik tam ötürmə sisteminə sahib olacaqdır. Arxa asqı ötürmə növündən asılı olaraq fərqlənəcəkdir: baza krossoverləri yarımüstəqil tirə, benzin-elektrik versiyaları isə çoxqollu asqıya malik olacaqdırlar.
İlkin olaraq, yeni Toyota subkompakt krossoveri Cenevrə avtosalonunda təqdim olunmalı idi, lakin koronavirus pandemiyası səbəbindən şirkət planlarına dəyişiklik edib. Yeni debüt tarixi epidemioloji vəziyyətdən asılı olacaq: ən yaxşı halda yeni model payızda debüt edə bilər. Pandemiyanın davam etməsi halında debüt 2021-ci ilin yazına qədər təxirə salına bilər.
Krossover əsas satış bazarı Avropa olacaqdır. Toyota Avropada Renault Captur və Nissan Juke modelləri ilə seqmentdəki liderlik uğrunda mübarizə aparmağı düşünür. Təqdimat zamanı, Avropa ölkələrindən kənarda satış perspektivləri də açıqlanacaqdır.
Mənbə: BestCarWeb.jp