1936-cı ildən Yaponiya taksomotor parkları üçün avtomobil istehsal edən Toyota şirkəti yeni taksini təqdim edib. JPN Taxi adını almış keb uzadılmış təkər bazasına, daha geniş salona və səskeçirməyən pəncərələrə sahib olub.
Avtomobil Yaponiya üçün ənənəvi olan «indiqo» rənginə boyanır. Toyota şirkətindən JPN Taxi modelinin özündə yapon qonaqpərvərliyinin ruhunu daşıdığını bildiriblər. Model rahat giriş-çıxışı təmin edən qapı dəstəkləri, sürüşdürülərək açılan qapılar, yaxşı görüntünü təmin edən iri pəncərələr və 401 litrlik baqaj bölümü ilə təchiz edilir. Sərnişin bölümünün qapı yerinin eni 720 millimetr, hündürlüyü isə, 1300 millimetrdir. Döşəmənin hündürlüyü 320 millimetr təşkil edir. Ön və arxa sərnişin oturacaqları arasındakı məsafə 1031 millimetrdir.
Arxada oturan sərnişinlərin başı üzərindəki məkan 203 millimetrə bərabərdir. Yeni avtomobilin təchizatına havanın təmizlənməsi sistemi, arxa sərnişinlər üçün deflektorlar, havanın sirkulyatoru və arxa oturacaqların qızıdırılması daxildir.
Taksomotorun maraqlı xüsusiyyətlərdən biri xüsusi verilmə mexanizmi olan təhlükəsizlik kəmərlərinin işıqdiodları ilə işıqlandırılması və səsi udan materiallardan geniş istifadə edilməsidir.
Kebin təchizatına altı təhlükəsizlik yastığı, qəzaları önləyən sistem və təsadüfi olaraq akseletarora basıldıqda işə düşən avtomatik əyləcləmə funksiyası daxildir. Taksi maye qazla çalışan 1,5-litrlik mühərriklə təchiz edilir. Avtomobil 100 kilomterə 5,2 litr yanacaq sərf edir.
Kebin kütləvi nümayişi bu ayın sonunda keçiriləcək Tokyo avtosalununda baş tutacaqdır. Avtomobilə sifarişlər artıq qəbul edilir. Toyota ayda min avtomobil satmağı planlaşdırır. Bundan başqa, avtomobillərdən 2020-ci ilin Olimpiya oyunlarının iştirakçılarının daşınmasında da istifadə ediləcəkdir.