Keçən həftəsonu Fransada keçirilən ənənəvi “Le Manın 24 Saatı” yarışı baş tutub. Əfsanəvi marafonda beş dəfə ardıcıl olaraq Toyota Gazoo Racing komandası qalib gəlib. Brəndon Hartli, Sebastyen Buemi və Rio Hirakavadan ibarət olan heyət 24 saatlıq yarışın sonunda finiş xəttini birinci keçib. Faktiki olaraq, yaponlara “əlcək atacaq” rəqiblərin yoxluğu da diqqəti çəkib - LMH kateqoriyasında cəmi beş avtomobil çıxış edib.

Toyota Gazoo Racing, Toyota GR010 Hybrid #8

Sarte avtodromunda keçilirən yarışın başlanğıcından sonuna kimi Toyota Gazoo Racing komandası liderlik edib. Toyota GR010 hibridində çıxış edən heyətlər demək olar ki, eyni yarış tempini nümayiş etdiriblər və yarış boyu pelotonun başında bir-birini əvəzləyiblər.

Lakin qələbənin taleyi bu heyətlərin gərgin mübarizəsi nəıticəsində həll olunmayıb. Aprelin12-də səhər Xose Mariya Lopesin idarə etdiyi “7” nömrəli idamn prototipnin hibrid güc qurğusunun elektrik sistemində nasazlıq yaşanıb. Argentinalı bolidini bir anlıq trekdə durduqdan sonra, bokslara qaylıdıb və problem yerində özü həll edib - mexnaiklər işə qarışmayıblar. Lakin bolid trekə “8” nömrəli avtomobildən bir dövrə geri qalaraq qayıdıb.

Soldan sağa - Sebastyen Buemi, Rio Hirakava, Brəndon Hartli

“8” nömrəli Toyota sportprototipinin heyəti isə, yarışı ideal şəkildə davam etdirərək Le Manın qalibi olublar. “7” nömrəli sportprototip isə finiş xəttini ikinci keçib. LHM kateqoriyasında çıxış edən Glickenhaus Racing komandasının avtomobilləri sürətli və etibarlı olsalar da Toyota prototipləri ilə rəqbət aparmaq imkanına malik olmayıblar.

Avstraliyalı Rayan Brisko, britaniyalı Riçard Vestbruk və fransız Fran Mayo (709 nömrəli prototip) liderdən beş dövrə geridə qalaraq üçüncü yeri tutub. Komdandanın ikinci avtomobili kiçik qəzada içtirak etsə də, 10 dövrə geriqalma ilə yarışı dördüncü bitirib. Amerikan komandasının sahibi məşhur iş adamı Ceyms Qlikenhausdur və onun komandası özünün məhsulu olan Glickenhaus SCG 007 LHM prototiplərində çıxış edir.

Glickenhaus Racing, Glickenhaus SCG 007 LHM #709

Fransanı təmsil edən Alpine komandası isə doğma vətənində uğursuzluğa düçar olublar. Fransız komandasının LMH kateqoriyasında çıxış edən yeganə avtomobili ötürmələr qutusundakı nasazlıqlarla üzləşib və yarışı 18 dövrə geriqalma ilə 23-cü yerdə bitirib.

LMP2 kateqoriyasında rəqabət ənənəvi olaraq daha güclü idi. Bu kateqoriyada çıxış edən bütün komandalar Gibson turbomühərrikləri təchiz edilmiş Oreca 07 prototiplərində yarışırlar. Yarış boyu üstünlük Britaniyanın JOTA komandasının 38 nömrəli prototipinə məxsus olub. 

JOTA, Oreca 07 Gibson

Sonunda Roberto Qonsales, Antonio Feliks da Koşta və Uil Stivensdən ibarət olan heyət LMP2 kateqoriyasının qalibi olub. JOTA komandasının ikinci heyəti də podiuma qalxıb, lakin üçüncü olaraq. İkinci yeri keçmiş F1 pilotu Robert Kubitsa, Luis Deletraz və Lorenzo Kolombonun çıxış etdiyi Prema Orlen Team Oreca komandasının heyəti tutub.

Lakin ən dramatik hadisələr GTE Pro kateqoriyasında baş verib. Bu ketoqiyada GT avtomobillərində çıxış zavod və yarızavod komandaları yarışır. Yarış boyu üstünlük Chevrolet Corvette C8.R superkaarlarında çıxış edən Corvette Racing komandasında olub. 

Qəza anı

Lakin 63 nömrəli superkar arxa asqıdakı problemlər və mexaniki nasazlıqlarla üzləşib yarışdan kənar qalsa da, yarışda inamla liderlik edən 64 nömrəli avtomobil LMP2 sinifində çıxış edən AF Corse komandasının fransız pilotu Fransua Perrodonun qurbanı olub - o, Aleksandr Simsin idarə etdiyi Corvette superkarını “divara” yollayaraq amerikanların qələbə ümidlərini puç edib.

Beləliklə, GTE Pro kateqoriyasında Porscge GT Team komandasının 91 nömrəli 911 RSR-19 yarış sportkarının Rixard Litz, Canmariya Bruni və Frederik Makovetsidən ibarət olan heyəti qalib gəlib. Podiumun qalan iki pilləsinin AF Corse komandasının Ferrari 488 GTE Evo yarış avtomobillərində çıxış edən heyətləri tutub.

Porsche GT Team, Porsche 911 RSR-19 #61

Yeri gəlmişkən, marafonun sonuna döğru Porsche və Ferrari heyətləri arasında gərgin mübarizə də yaşanıb. Yarışı problemsiz başa vuran AF Corse texniki imkanlar ucbatından  Corvette və Porsche avtomobillərində çıxış edən komandalarla ciddi rəqabət apara bilməyib.

“Həvəskar” GTE Am kateqoriyasına gəlincə, bu marafon Aston Martin Vantage AMR sportkarında çıxış edən TF Sport komandasının triumfu ilə nətizələnib. 33 nömrəli avtomobilin Marko Sorensen, Enrike Çaves və Ben Kitinq “həvəskarlar” arasında birinci olublar.

TF Sport, Aston Martin Vantage AMR #33

Ümumiyyətlə, sayca 90-cı olan “Le Manın 24 Saatı” marafonu demək olar ki, yarışı tərk edənlərin minimal sayı ilə fərqlənib. Start götürmüş 62 heyətdən 53-ü damalı bayrağı görüb. Hava da bu işə öz töhfəsini verib - marafon yağışsız keçib ki, bu da Le Man üçün nadir haldır. Bütün yağış ehtiyatı adi günlərdə keçirilən təsnifat mərhələsinin payına düşüb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt