Toyota şirkəti kütləvi nümayişi Cenevrə avtosalonunda keçiriləcək yenilənmiş Yaris hetçbekini təqdim etmişdir. Model cüzi dəyişikliklərə məruz qalmış zahiri görkəmi və yeni güc aqreqatını əldə etmişdir.

Yenilənmiş Toyota Yaris dəyişdirilmiş ön fənərləri, duman əleyhinə fənərlərə malik olan ön bamperi, həmçinin yeni arxa fənərləri ilə seçilir. Avtomobilin interyerinin tərtibatında yeni rənglərdən və materiallardan istifadə edilir. Hetçbekin cihazlar panelinin tərtibatı yenilənmişdir. Orta təchizat səviyyəsindən başlayaraq isə cihazlar panelində 4,2-düymlük rəngli displey quraşdırılır. Digər bir dəyişiklik havalandırma sisteminin deflektorları ilə bağlıdır. Yaris modelinin mühərrik çeşidinə Otto və ya Atkinson dövrü ilə işləyə bilən 1,5-litrlik dörd silindrli mühərrik daxil edilmişdir. Bu mühərrik 98 at qüvvəli 1,33-litrlik güc aqreqatını əvəz etmiş və 111 at qüvvəsinə malikdir. 

Image alt Image alt Image alt Image alt

Mexniki ötürmələr qutusu ilə təchiz edilmiş avtomobil 100 km/saat sürətini 11 saniyəyə toplayır. Variatorla təchiz edilən variant isə bu işə 11,2 saniyə sərf edir. Eyni zamanda hetçbekin mühərrik çeşidindən dizel mühərriki çıxarılmışdır. Bundan başqa, Toyota Yaris modelinin mühərrik çeşidinə 69 at qüvvəli 1,0-litrlik mühərrik və 100 at qüvvəli hibrid qurğusu daxildir. Eyni zamanda, hibrid variantının rama altlığı, ötürmə valları və mühərrikin dayaqları yenidən işlənilmiş, qalan modifikasiyalar isə yeni avortizator və sazlamaları dəyişdirilmiş sükan mexanizmini əldə emişdirlər.