Hər kəsin səbirsizliklə göslədiyi "Transmormerlər" filminin səkkizinci hissəsinin qəhrəmanları olan avtobotlardan ikisi haqqında artıq xəbər yazmışdıq. Bunlar "Bumblebee" adlı avtoboit olan Chevrolet Camaro və deseptikonlar irqinin kəşfiyyatçısı olan "Barriccade" adlı Ford Mustang avtomobilidir.
Bildiyimiz kimi, sonuncu qəhrəman pilos formasını daşıyan Mustang kupesidir. Bu avtomobil haqqında məlumatı, filmdə şəkilən Coş Duyamel Twitter sosial şəbəkəsindəki səhifəsində açıqlamışdır.
Bu dəfə növbəti qəhrəmanı açıqlamaq şərəfi filmin rejissoru Maykl Beyə həvalə edilmişdir. Maykl Bey filmdə "Drift" obrazını canlandıracaq avtobotu təqdim etmişdir.
"Drift" obtazını yeni filmdə qara-qırmızı rənglərə boyanmış Mercedes-AMG GT R modeli canlandıracaqdır.